- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 119
- Noyabr 25, 2024
- 0
Topaz Premyer Liqasının 20-ci turunun “İnter”lə səfər qarşılaşmasına hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Roman Qriqorçukun yetirmələri klubun U-19 komandasını sınağa çəkib.
Qəbələ şəhər stadionunda keçirilən görüşə əsas komanda aşağıdakı heyətlə çıxıb: Dmitri Bezotosnı, Arif Daşdəmirov, Voyislav Stankoviç, Rafael Santos, Məhəmməd Mirzəbəyov, Aleksey Qay, Elvin Camalov, Rəşad Sadiqov, Rəşad Eyyubov, Dodo, Ermin Zets.
Fasilədən sonra bütün heyəti dəyişən Qriqorçuk fərqli “11-liy”ə şans verib. Bu dəfə meydana aşağıdakı futbolçular daxil olub: David Petrkeviç, Ürfan Abbasov, Vitali Vernidub, Bəhlul Mustafazədə, Pavel Paşayev, Vadim Abdullayev, Qismət Alıyev, Asif Məmmədov, Samir Zərgərov, Rikardinyo, Emerson Brito.
Yoxlama oyununun ilk 45 dəqiqəsində iki qol vurulub. Əsas komanda 1-ci hissənin ilk yarısında rəqibinin qapısına yol tapmağı bacarıb. Hər iki topu braziliyalı futbolçular rəqib qapısından keçirib. 15-ci dəqiqədə Rafael Santos hesabı açıb. 5 dəqiqə sonra isə Dodo fərqi artırmağa nail olub. Oyunun ikinci hissəsində Qriqorçukun yetirmələri U-19-un qapısına daha bir dəfə yol tapıb. 65-ci dəqiqədə Asif Məmmədov fərqi 3-ə çatdırıb. Bu qarşılaşmada son qol olub – 3:0.
Bu gün bərpaedici hazırlıqla kifayətlənəcək “Qəbələ” fevralın 6-da Bakıya yollanacaq. “Qırmızı-qaralar” Premyer Liqada növbəti oyununu fevralın 7-də, paytaxtda “İnter”ə qarşı keçirəcək.