- Baxış sayı: 186
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 186
- Dekabr 05, 2025
- 0
Transfer çalışmalarını davam etdirən “Qəbələ” növbəti 2 futbolçu ilə yolunu ayırıb. Allsport.az saytı xəbər verir ki, David Petrkeviç və Murad Musayev yeni mövsümdən “qırmızı-qaralar”ın formasını geyinməyəcək. Bunadək, komanda Daniel Subotiç, Rafael Santos, Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Teo Uiks, Sergey Zenyov, Rəşad Eyyubov və Nika Kvekveskiri ilə anlaşmanı təzələməmişdi.
2013-2014 və 2015-2017-ci illərdə “Qəbələ”də çıxış edən David Pietrzkieviç “qırmızı-qara” formada 14 oyun keçirib. Polşalı qapıçı bu görüşlərdə 17 top buraxıb. O, premyer liqada 12 (-11 qol), ölkə kubokunda 1 (-2 qol) və Avropa Liqasında 1 (-4 qol) oyunda iştirak edib.
2012/13 mövsümündən “Qəbələ”nin əsas komandasında çıxış edən Murad Musayev 9 matç keçirib. Müdafiəçi ölkə çempionatında 8, Azərbaycan kubokunda 1 görüşün iştirakçısı olub.