- Baxış sayı: 17
- 27 Noyabr 2024 17:16
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Bu qış fasiləsində “Qəbələ”ni Niderlandın “Herenven” klubuna dəyişən Deyv Bultuis ölkəsinin mətbuatına açıqlama verib. Allsport.az saytı xəbər verir ki, hollandiyalı müdafiəçi ölkəmizdə keçirdiyi 6 aylıq dövrü dəyərləndirib. 27 yaşlı oyunçu Azərbaycan futbolunun Hollandiya futboluna bənzəmədiyini bildirib:
“Azərbaycanda futbola ciddi maraq yoxdur. Oyun vaxtı tribunada 500-1000 arası azarkeş olur. Şəxsi həyatıma gəlincə, Bakı gözəl şəhərdi, orada günlərim pis keçmirdi. İlin 7 ayı Azərbaycanda havalar isti olur. Sadəcə, onların futbolu Şərqi Avropadakı futbola oxşamır. Yenidən Niderlanda qayıtdığım üçün xoşbəxtəm”.
Futbolinfo.az-in məlumatına görə, təcrübəli futbolçu ötən ilin yayında “Qəbələ”yə keçməsinin səbəbini də açıqlayıb: “Yalan danışmaq lazım deyil. “Qəbələ”yə keçidim sırf maliyyə ilə bağlı idi. Amma sonluq mənim üçün yaxşı oldu. Şadam ki, yenidən “Herenven”də oynaya biləcəm. Deyə bilmərəm ki, bir daha karyeramda bu cür addım atmayacam. Hələ ki, özümü gənc hiss edirəm. Belə bir şeyi yalnız yaşlanandan sonra təkrarlaya bilərəm. Doğru seçim etmişəm və bunu geri qaytara bilmərəm”.