- Baxış sayı: 194
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 194
- Dekabr 05, 2025
- 0

“Sabah” 2 yeni transfer həyata keçirib. Allsport.az xəbər verir ki, “Qəbələ”nin gənc futbolçuları İdris İnqilablı və Samir Məhərrəmli ilə müqavilə bağlanıb.
2001-ci il təvəllüdlü İdrislə 4, 2002-ci il təvəllüdlü Samirlə isə 3 illik müqavilə imzalanıb. Hər iki futbolçu Azərbaycan U-21 millisinin üzvüdür.
Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçular “Qəbələ” futbol akademiyasının yetirməsidir. Müqavilələr 2019/20-ci il mövsümünün ardından qüvvəyə minəcək. “Sabah” daha öncə “Qəbələ”nin müdafiəçisi Amin Seydiyevi də transfer etmişdi.