- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
Premyer liqanın 2-ci turunda keçirilən “Qəbələ” – “Sumqayıt” (1:0) oyunundan sonra azarkeşlərlə referilər arasında gərgin anlar yaşanıb. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Roman Qriqorçuk hakimliklə bağlı bunu deyib:
“Öncədən hakimlik haqda danışmaq istəmirdim. Adətən qırmızı vərəqə, penaltilər barədə danışırlar. Lakin bu gün kiçik qayda pozuntularını qeydə almadı. Çox da nəzərə çarpmayan belə epizodlara görə hakimlikdən narazı qaldım.
Meydanda nələr baş verdiyini gördüm. Futbolçumuzun formasından tuturlar, dirsək vururlar, referi isə vərəqə də vermir, oyunçularla söhbət edir. Qırmızı vərəqə və ən azı, 3 sarı vərəqəni göstərməli idi”.