- Baxış sayı: 24
- 30 Mart 2026 15:25
- Baxış sayı: 152
- Mart 29, 2026
- 0
“Qəbələ”nin 4 futbolçusu məşqdə iştirak etmir. Allsport.az saytı xəbər verir ki, premyer liqanın I turunda “Turan Tovuz”la oyununun hazırlığında zədələnən Rüfət Əhmədovun durumuna aydınlıq gəlib.
Müayinə olunan müdafiəçinin sağ ayağının çarpaz bağlarının qopduğu müəyyənləşib. O, yaxın günlərdə əməliyyat olunacaq. Arxa xətt oyunçusu təxminən 6 ay meydanlardan kənar qalacaq.
Urfan Abbasov, Gülağa Əsədov və Yaovi Akakpo isə proqram üzrə bərpanı davam etdirirlər.