- Baxış sayı: 36
- 29 Mart 2026 14:51
- Baxış sayı: 124
- Mart 29, 2026
- 0

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisinə çağırılıb. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib. O, “China Cup-2017” turnirində çıxış edəcək.
2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Filip Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 komandalarında oynasa da, əsas millidə debüt etməyib. Onun ilk matçı “qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.