- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qəbələ” futbol klubunun hücumçusu Fakunda Pereyra qış transfer pəncərəsi dönəmində komandadan ayrılıb. Allsport.az xəbər verir ki, argentinalı futbolçu karyerasını vətənində davam etdirəcək.
28 yaşlı F.Pereyra Argentinanın “Rasinq” klubu ilə müqavilə imzalayıb.
Xatırladaq ki, müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olan hücumçu cari mövsümün əvvəlindən icarə əsasında “Qəbələ”də çıxış edib və keçirdiyi 18 oyunda 5 qol vurub.