“Qəbələ”nin kapitanı Antalyada toplanışı barədə nə deyib?

“Qəbələ” mövsümün 2-ci yarısına hazırlığını Antalyada davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov təlim-məşq barədə fikrini açıqlayıb: 

“Qış təlim-məşq toplanışının Bakıda təşkil olunan mərhələsinin ilk günlərində əsasən fiziki hazırlığa üstünlük verdik. Hesab edirəm ki, bu proses normal keçdi. Artıq gücümüzü bərpa etmişik. Antalyada isə daha çox oyun praktikası qazanmağa çalışırıq.

Üç gündən bir oyun keçirəcəyik. Artıq ilk matç baş tutub. Bakıdakı görüşü saymasaq, bu qarşılaşma istirahətdən sonra ilk matçımız idi. Zədəli Stiven Monrozla Ceyms Adeniyi də oynamırdı. Ümumilikdə matçı normal qiymətləndirmək olar. Əsas bundan sonrakı qarşılaşmalardı. Həm oyunu, həm də nəticəni yaxşılaşdırmalıyıq”.


Həmin kateqoriyadan