- Baxış sayı: 22
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
Cənubi Koreyanın “Ulsan Hunday” klubunda çıxış edən Deyv Bulthuis 2017-ci ildə “Qəbələ”yə keçidi ilə bağlı danışıb. Allsport.az “Voetbalprimeur”a istinadla xəbər verir ki, 29 yaşlı niderlandlı futbolçu pula görə Azərbaycana gəldiyini deyib:
“Nürnberq”dən “Sürix”ə keçə bilərdim, ancaq həmin il “Qəbələ” anidən mənə ikiqat maaş təklif etdi.O zaman seçim qarşısında qaldım: pul, yoxsa futbol? Mən birincini seçdim. “Qəbələ”də 4 oyun keçirdim. Orada 11 əcnəbi var idi.
Bu səbəbdən Azərbaycanda çox qalmaq istəmədim. Oynamaq fürsətim az idi. Bu isə idman baxımından az məna kəsb edirdi. Bəzən inəkləri meydandan çıxarmalı olurduq”.
Bulthuis “Qəbələ”də 6 ay çıxış edib.