- Baxış sayı: 33
- 30 Mart 2026 21:25
- Baxış sayı: 278
- Mart 30, 2026
- 0

Antalya toplanışını davam etdirən “Qəbələ”nin futbolçusu Ömər Xanı milliyə çağırılıb. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Dubaya yollanıb. İordaniya klublarında çıxış edən futbolçular yanvarın 21-dən toplanışda olsalar da, legionçular komandaya sonradan qoşulublar.
Asiya kubokunun fevralda baş tutacaq seçmə oyunlarına hazırlıq xarakteri daşıyan toplanış yanvarın 28-dəki yoldaşlıq görüşü ilə yekunlaşacaq.
İordaniya seçməsi həmin gün Əbu-Dabidə Yeni Zelandiya futbolçuları ilə üz-üzə gələcək. Bu matçdan sonra, Ömər ayın 29-da “Qəbələ”nin düşərgəsinə qatılacaq.