- Baxış sayı: 37
- 30 Mart 2026 21:25
- Baxış sayı: 333
- Mart 30, 2026
- 0

“Qəbələ”nin futbolçusu öz millisində növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Lalavele Atakora Afrika millətlər kubokunun seçmə mərhələsinin 4-cü turunda meydana çıxıb.
O, “D” qrupunda keçirilən Qambiya – Toqo qarşılaşmasında iştirak edib. Start heyətində yer alan yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. Toqo yığması səfər görüşündə vacib 3 xal qazanıb – 1:0.
Bu qələbədən sonra Lalavelenin komandası xal hesabını 5-ə çatdırıb. 3-cü pillədə qərarlaşan toqolular Əlcəzair və Benindən 2 xal geri qalırlar.