- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Roman Qriqorçuk gedir, yenidən Yuri Syomin gətirilir
Avropa Liqasındakı təmsilçilərimiz “Qarabağ”la “Qəbələ” növbəti matçlarını keçirdilər. Allsport.az sayti xəbər verir ki, klublarımızın hər ikisi heç də xoş olmayan nəticəyə imza atdılar. Onlar bu görüşlərdən niyə xalsız ayrıldılar? “Orta xətt” rubrikasında bunun səbəblərini araşdırmağa çalışacağıq.
Öncə “Qəbələ” haqda. “Qırmızı-qaralar” Bakıda Dortmund “Borussiya”sını qəbul edirdi. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk start heyətində Dmitri Bezotosnı, Stankoviç, Vitali Vernidub, Arif Daşdəmirov, Rikardinyo, Aleksey Qay, Sergey Zenyov, Derlis Meza Kolli, Fakunda Pereyra, Dodo və Aleksey Antonova şans vermişdi. Onun həmkarı Tomas Tuxel isə ilk dəqiqələrdən Roman Vaydenfeller, Jo Ho Park, Mats Hummels, Sokratis Papastatopoulos, Mattias Ginter, Yulian Vayql, Yonas Hofmann, İlkay Gündoğan, Marko Roys, Şinci Kaqava, Pyer-Emerik Obameyanq on birliyini meydana buraxmışdı.
BAKIYA İTKİLƏRLƏ GƏLƏN “BORUSSİYA”
Əvvəlcə komandaların heyətlərindəki diqqət çəkən məqamlara toxunaq. Dortmund klubunun heyətində bir neçə futbolçunun zədəli olması və Henrik Mxitaryanın Bakıya gəlməməsi Tuxeli dəyişikliklər etməyə məcbur etmişdi. Alman çalışdırıcı bu səbəbdən çox az hallarda əsas heyətə düşməyi bacaran sol cinah müdafiəçisi Jo Ho Parkı və sağ cinah vingeri Yonas Hofmanna şans vermişdi. Zədədən əziyyət çəkən Daniel Subotiçi əvəzləyən Sokratis Papastatopulos isə mütəmadi olmasa da, bir çox oyunlar da “sarı-qaralar”ın heyətində meydana çıxmaq imkanı əldə edib. Yunanıstanlı futbolçunu adlarını qeyd etdiyim iki həmkarına nisbətən daha bacaraqlı və təcrübəli hesab etmək olar.
QRİQORÇUKUN SƏHVLƏRİ
“Qəbələ”nin uğurlarında baş məşqçi Roman Qriqorçukun böyük rolu olduğu danılmazdır. Ancaq ukraynalı mütəxəssisin bəzi səhv qərarlar verdiyini də qeyd etməliyik. Komandanın əksər futbolçuları uşaq kimi xətalar etdi, qol imkanları boşa verildi. İlk 20 dəqiqədə 4 dəfə 100 faizlik fürsət qaçırıldı. Bununla belə mütəxəssis futbolcularının səhvlərini ört-basdır etdi, hətta onlarla fəxr duyduğunu bildirdi. Hiss olunur ki, Qriqorçuk yerlibazdır, sevimli futbolçuları da var. Antonov bərbad oyunu ilə diqqət çəkdi: qol epizodlarını boşa verdi, ikinci hissədə isə ayaqlarını sürüdü. Bundan başqa Qay da gəzməklə yadda qaldı. Ancaq Qriqorçuk hər ikisini oyunun sonuna kimi meydanda saxladı. Fikrimcə, Rəşad Sadiqov daha erkən buraxılmalı idi.
RİKARDİNYO MÜƏMMASI
Roman Qriqorçukun qurduğu heyətə diqqət yetirən zaman gözə çarpan ilk məqam Rikardinyonun adı ilə bağlıdır. Son çempionat oyunlarında iştirak etməyən sol cinah müdafiəçisi Rikardinyonun meydana çıxması diqqətimdən yayınmadı. “Sambaçı”nın təcrübəsinə və bacarığına heç şübhə yoxdur, amma futbolun yazılmayan qaydaları var. Axırıncı dəfə ötən ay futbol oynayan Rikardinyonun bu görüşdə meydana çıxması problem yaratmazdımı? Oyunun gedişatından bu hiss olundu. Məhz sol cinahda çıxış edən iki braziliyanın – Dodo ilə Rikardinyonun anlaşa bilməməsi boşluqların yaranmasına səbəb oldu ki, bu da Qriqorçukun özünü çətin vəziyyətdə qoydu. Bunun nəticəsində ukraynalı çalışdırıcı Zenyovla Dodonun mövqeyini dəyişməyə məcbur oldu. Əslində bu, komandaya baha başa gəldi. Belə ki, 4-cü dəqiqədən sonra “Qəbələ”nin sağ cinahı aktiv şəkildə hücumlara başladı. Bunun səbəbi isə dortmundluların sol cinahında çıxış edən Parkın zəifliyi və təcrübəsizliyi idi. Zenyov sürəti, texnikası və ağıllı oyunun hesabına Vayndenfellerin qapısında ciddi təhlükələr yaratmağa başladı. Yaranan təhlükələr zamaı diqqət çəkən məqam “Qəbələ”nin hücumçularının belə imkanlar oyunun gedişində çox olacaq kimi davranması idi. Bəli, bəxt amili də var. Ancaq sən əlinə düşən imkanlardan yararlana bilmirsənsə, “Borussiya”nın Neymarı – Obameyanq özü-özünə şərait yaradıb qol vuracaq. Yəni, vurmuyana vurarlar. Özü də artıqlaması ilə.
“Qəbələ”nin hücumlarının sonrakı dəqiqələrdə azalmasının səbəbini isə yuxarı da qeyd etdim. Komanda hücum olan zaman sol cinahda boşluqlar yaranmağa başladı ki, bu da “arılar”ın qapımıza daha rahat yaxınlaşmasına səbəb olurdu. Qriqorçukun vəziyyətdən çıxış yolu kimi necə addım atdığını da yuxarıda qeyd etdim. Bu dəyişiklik isə müdafiədəki problemi həll etmədi. Qol vurmaq sarıdan problemi olmayan “Borussiya”lı futbolçular buna nail oldular. Əvəzində “Qəbələ”nin hücum cəhdləri və effekti sıfıra endi. Bu o demək idi ki, Dodo ilə Rikardinyonun anlaşılmazlığı komandanı qol və ya qollardan məhrum etdi.
SYOMİN NƏYƏ GƏLMİŞDİ?
Oyunu “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin də canlı izlədi. 68 yaşlı rusiyalı mütəxəssis keçmiş komandasının oyunundan razı qaldığını, qarşılaşmanın əvvəlində qol şanslarını boşa verdiyini, “Borussiya”nın güçlü olduğunu bildirdi.
Ukrayna milli komandasının baş məşqçi postuna namizəd olan Qriqorçuk bu mövsümün sonuna kimi klubda qalacaq, sonda onu Syominin əvəzləyəcəyi gözlənilir. Rusiyalı mütəxəssisin Bakıya gəlişinin əsas səbəbi yenidən “Qəbələ”də çalışmaqdır.
SÜRPRİZ GÖZLƏMƏYƏ DƏYMƏZ
Oyunun gedişi barədə ətraflı yazmaq isə yersizdir. Səviyyə fərqi öz sözünü dedi. Təqribən iki il əvvəl Çempionlar Liqasında final oynamış Roys, Bender, Hummels, Sokratis və başqa futbolçuları məğlub etmək üçün kifayət qədər təcrübəli və güclü futbolçulara sahib olmaq lazımdır. Qarşılaşmanı izləyərkən diqqət yetirdiniz ki, alman klubu oyuna nəzarət edir, müəyyən sərhədlər çərçivəsində təmsilçimizə oynamaq imkanı verirdi. Bu isə onların ustalıq səviyyəsindən xəbər verirdi. İlk matça əsasən demək olar ki, iki həftə sonra – daha dəqiqi noyabrın 5-də bu komandalar arasında Dortmunda keçiriləcək matçdan qalib ayrılmaq, xal qazanmaq demək olar ki, mümkün deyil. Bunun üçün Tomas Tuxelin ancaq gənclərə şans verməsi lazımdır ki, onun bunu 81 min azarkeş önündə etməsi inandırıcı görünmür.
KAMİL (Supersport.az)