- Baxış sayı: 42
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 58
- Dekabr 05, 2025
- 0

“Qəbələ”nin Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında Çex respublikasının “Teplitse” komandasına qarşı keçirdiyi yoxlama oyununda dava düşüb. Allsport.az xəbər verir ki, insident qarşılaşmanın sonlarına yaxın rəqib futbolçu ilə “qırmızı-qaralar”ın kapitanı Asif Məmmədov arasında baş verib.
İnsidentə digər oyunçular da qoşulunca, ara qarışıb. Nəticədə baş hakim oyunu vaxtından əvvəl – 89-cu dəqiqədə bitirib. Yalnız bundan sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Görüş “Qəbələ”nin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.