- Baxış sayı: 34
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Topaz premyer liqasının 4-cü turu “Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı üçün əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, ukraynalı qapıçı Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. 35 yaşlı qapıçı “100”ə “Sabah”la səfər görüşündə (0:1) çatıb. Ölkəmizdə 5-ci mövsümünü keçirən qolkiper bu oyunların hamısını “Qəbələ”də keçirib və 69 qol buraxıb.
2015-ci ilin əvvəlindən bu klubda çıxış edən ukraynalı 2014/15 mövsümündə 15 (7 qol buraxıb), 2015/16 mövsümündə 28 (16 qol buraxıb), 2016/17 mövsümündə 27 (19 qol buraxıb), 2017/18 mövsümündə 26 (23 qol buraxıb), cari çempionatda isə 4 dəfə (4 qol buraxıb) meydana çıxıb.
Dmitri “qara-qırmızılar”la premyer liqada ən çox oyun keçirən 4-cü futbolçudur. Onadək Ürfan Abbasov (156 oyun), Dodo (131 oyun) və Viktor Mendi (112 oyun) 100 oyun səddini arxada qoyub. Xatırladaq ki, Bezotosnı “Qəbələ”də və Premyer Liqada 2015-ci il fevralın 1-də “Bakı” ilə səfər matçında (2:0) debüt edib.