- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnının “quru” seriyası qırılıb. Allsport.az saytı xəbər verir ki, cari mövsümdə qapısında qol görməyən ukraynalı qolkiper və komandası nəhayət, ötən gün Premyer Liqanın 8-ci turunda “İnter”lə görüşdə cəzalanıb.
Bu qarşılaşmanın 48-ci dəqiqəsində qapısından top buraxan Dima, uğurlu seriyası qırılmış olub. O, 915 dəqiqəlik “quru” seriya ilə yadda qalıb.
Qeyd edək ki, bu göstərici Azərbaycan çempionatları tarixində 7-ci nəticə sayılır. Ən yaxşı göstərici “Turan”ın qapıçısı Nizami Sadıqova məxsusdur (1106 dəqiqə).