- Baxış sayı: 27
- 05 Fevral 2026 12:43
- Baxış sayı: 197
- Fevral 04, 2026
- 0

Belçika yüksək liqasında 6-cı turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqibi olan “Anderlext” doğma meydanda “Sportinq Şarlerua” ilə qarşılaşıb.
“Ağ-bənövşəyilər” bu görüşdən qələbə ilə ayrılıb – 3:2. Matçın 19-cu dəqiqəsində məğlub duruma düşən “Anderlext”, Lukaş Teodorçik (57-ci dəqiqə), Sofiane Hanni (66) və Yiro Tilemansın (68) vurduğu qollarla dönüş yaradıb.
Azlıqda mübarizə aparan qonaqların gücü isə 90-cı dəqiqədə hesab arasındakı fərqi minimuma endirməyə çatıb. “Qəbələ”nin rəqibi 6 turdan sonra 12 xalla 2-ci pillədədir.