- Baxış sayı: 36
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 111
- Fevral 06, 2026
- 0

Bu gün gənclər liqasının çempionlar yolunda “Qəbələ”nin U-19 komandası evdə ilk oyununa çıxdı. Allsport.az saytı xəbər verir ki, meydan sahiblərinin 1-ci mərhələdə rəqibi Moldova “Şerif” klubu oldu.
Hesabı 31-ci dəqiqədə qonaqlar açdı. “Qara-qırmızılar” buna 2-ci hissədə cavab verdilər. 57-ci dəqiqədə 11-metrlik cərimə zərbəsindən Əli Sadıqov vərqləndi. Oyunun qalan dəqiqələrində qol vurulmadı – 1:1. Cavab görüşü oktyabrın 24-də Tiraspolda baş tutacaq.
Xatırladaq ki, bu, Emin İmaməliyevin komandasının 2-ci sınağı idi. “Qara-qırmızılar” 2016/17 mövsümündə də çempionlar yolunda mübarizə aparıb. Həmin vaxt Rusiya “Dinamo”su (Moskva) ilə qarşılaşan (0:2, 0:5) “Qəbələ” ilk səddi keçə bilməyib.