QALMAQAL
“Qəbələ”nin vitse-prezidenti futbolçuların qarşısında Roman Qriqorçukun üstünə qışqırıb

Cari mövsüm daha çox qeyri-sabitliyi ilə yadda qalan “Qəbələ”də işlər qaydasında getmir. Allsport.az saytı xəbər verir ki, çempionluğa oynayan, amma ümidləri doğrultmayan Roman Qriqorçukun komandasında gərginlik zirvə həddə çatıb. İş rəhbərliklə məşqçilər korpusu arasında “söz davası”na qədər gedib çıxıb.

Sportlife.az-a daxil olan özəl məlumata görə, hadisə şimallıların “Səbail”lə keçirdikləri yoxlama görüşündən (1:1) sonra yaşanıb. Vitse-prezident Fariz Nəcəfov paltardəyişmə otağına daxil olaraq “Bu nə futboldur, oynadırsız? Biabrçılıqdır. Bu cür oyunla çempion olmaq istəyirsiz?” deyərək, ukraynalı məşqçinin üstünə qışqırıb. Hadisə bütün futbolçuların gözü qarşısında baş verib.

Həmin kateqoriyadan