- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Qəbələ”nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbulda – “Acıbadəm” Qatıköy Xəstəxanasında baş tutub. Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb.
Cərrahın sözünə görə, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir. Qeyd edək ki, futbolçu premyer liqanın 18-ci turunda “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnmişdi.
Doktor Barış Qocaoğlu tərəfindən baş tutan müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanmış və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxmışdı.