- Baxış sayı: 41
- 30 Mart 2026 21:25
- Baxış sayı: 508
- Mart 30, 2026
- 0

“Qəbələ” mövsümün 2-ci yarısına hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar” Antalya təlim-məşqini 6-cı gününü başa vurub. Komanda günü iki çalışma ilə yekunlaşdırıb.
Günün ilk yarısında futbolçular fiziki təmrinləri icra ediblər. İkinci hazırlıqda əsasən toplu hərəkətlər yerinə yetirilib. Zədədən sonra tam bərpa olunan Stiven Monrozla Ceyms Adeniyi komanda ilə birgə məşq edib.