- Baxış sayı: 45
- 17 Dekabr 2025 22:55
- Baxış sayı: 103
- Dekabr 17, 2025
- 0

Gürcüstan erovnuli liqasında 10-cu turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” doğma meydanda Vüqar Bəybalayevin çıxış etdiyi “Telavi”ni 2:1 hesabı ilə məğlub edib.
Adı ilk çəkilən futbolçumuz 58-ci dəqiqədə meydana daxil olub. Digəri start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə əvəzlənib.
“Samtrediya” 7 xalla 8-ci, “Telavi” isə 6 xalla 9-cu pillədə qərarlaşıb.