“Qələbə qazanmağımızdan çox məmnunuq”

Almaniya millisinin qapıçısı Manuel Noyer komandasının Avro-2024-də Macarıstana qalib gəldikləri oyunda (2:0) çıxışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, bu barədə o, UEFA-ya açıqlama verib:

“Qələbə çox, çox vacibdir. İlk oyunda uğurumuzu təsdiqləmək istəyirdik. Keçmiş göstərirdi ki, Macarıstanla və turnirin ikinci qrup oyununda oynamaq asan deyil. Buna görə də Ştutqartda belə üstünlüyü və rahat qələbə qazanmağımızdan çox məmnunuq”.

Həmin kateqoriyadan