- Baxış sayı: 7
- 28 Noyabr 2024 14:46
- Baxış sayı: 47
- Noyabr 28, 2024
- 0
“Neftçi”nin qapıçısı Aqil Məmmədov Azərbaycan premyer liqasının 7-ci turunda səfərdə “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, o, klubun rəsmi televiziyasına açıqlamasında bunları söyləyib:
“Oktyabrın 9-da “Qəbələ” ilə yoxlama matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü. Milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacağıq”.
Məmmədov bütün oyunların komandası üçün çətin keçdiyini bildirib: “Sumqayıt”la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik”.
Aqil Məmmədov komandanın digər qapıçıları Kamran İbrahimov və Rza Cəfərovun da məşqçilər şans verdikcə meydana çıxdıqlarını bildirib. “İbrahimov özünü yaxşı tərəfdən göstərib” – deyən Məmmədov 2-ci komandadan cəlb olunmuş Rza Cəfərovun gənc qapıçı olmasına rəğmən, yavaş-yavaş yetişdiyini və 2-3 ilə tam formalaşaraq “Neftçi”yə layiq qapıçı olacağını vurğulayıb.
Oktyabrın 17-də Sumqayıtda keçiriləcək “Sumqayıt” – “Neftçi” matçına saat 16:30-da start veriləcək.