“Qələbə üçün hər şey hazırdır”

İtaliya millisinin qapıçısı və kapitanı Canluici Donnarumma DÇ-2026-nın pley-off mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçiriləcək qarşılaşma öncəsi fikrini bölüşüb.

Allsport.az xəbər verir ki, qolkiper üzərlərindəki təzyiqin normal olduğunu bildirib: “Biz insanıq və bu gərginliyi hiss edirik. Hamımız yaxşı çıxış edib dünya çempionatına vəsiqə qazanmaq istəyirik”.

Donnarumma komandanın hazırlıq səviyyəsindən də razılıq edib: “Biz hazırıq. Sadəcə məşqlərdə öyrəndiklərimizi tətbiq etməli və bacardığımız işə fokuslanmalıyıq. Gənc komandamız var, təbii ki, bir qədər həyəcan və adrenalin qaçılmazdır, lakin bu, idmanın bir hissəsidir. Şimali İrlandiya ilə oyunda (2:0) buraxdığımız səhvləri təkrarlamamalıyıq. Məqsədimizə çatmaq üçün meydana böyük əzmlə çıxacağıq”.

Qeyd edək ki, İtaliya və Bosniya və Herseqovina arasındakı həlledici matç bu gün baş tutacaq. Qalib komanda birbaşa dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Həmin kateqoriyadan