- Baxış sayı: 172
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 172
- Dekabr 05, 2025
- 0

“Neftçi”nin yarımmüdafiəçisi Sezar Meza Kolli açıqlama verib. Allsport.az saytı xəbər verir ki, “Keşlə”nin qapısından keçirilən 3 qoldan 1-cisinin müəllifi olan paraqvaylı futbolçu, sevincini belə bölüşüb:
“Çox şadam ki, qələbə qazandıq. Qol vurub qələbədə pay sahibi olduğum üçün də sevincliyəm. İlk hissənin sonunda əzələmdə narahatlıq hiss etdim deyə, fasilədə əvəzlənməli oldum.
Ümumiyyətlə, bu gün yaxşı oynadıq. Növbəti matçlarda da yaxşı oyun göstərib qalib gəlməyə çalışacağıq”.