- Baxış sayı: 125
- 20 Mart 2026 23:43
- Baxış sayı: 145
- Mart 19, 2026
- 0

“Matça çox yaxşı hazırlaşmışdıq. Qələbəyə ehtiyacımız var idi”.
Allsport.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Bursaspor” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Namiq Ələsgərov səfərdə “Dənizlispor”a 3:1 hesabı ilə qalib gəldikləri TFF I liqasının XV tur oyunu barədə danışarkən deyib.
Komandasının 2-ci qoluna imza atan 26 yaşlı yarımmüdafiəçi qalibiyyətin davamını gətirmək istədiklərini bildirib: “Əsas məsələ uğurun davamını gətirməkdir. Ümid edirəm ki, bu, uğurlu seriyanın başlanğıcı olacaq”.
Namiq Ələsgərov mövsümün əvvəlində Bursa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.