- Baxış sayı: 96
- 11 Fevral 2026 23:26
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

“Mançester Yunayted”in hücumçusu Benjamin Şeşko premyer liqanın 26-cı turunda “Vest Hem”lə heç-heçəni (1:1) şərh edib.
Allsport.az xəbər verir ki, qol müəllifi olan sloveniyalı forvard nəticədən məyusluğunu gizlətməyib:
“Qol vurduğum üçün şadam, amma nəticə məni qane etmir. Qələbəyə layiq idik, çünki sonadək döyüşdük. Bəzən bəxt amili çatışmır, bəlkə də intensivliyimiz lazımi səviyyədə deyildi.”
Hazırda “Mançester Yunayted” 45 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.