- Baxış sayı: 39
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 121
- Fevral 06, 2026
- 0

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə premyer liqasının 21-ci turunun “Tottenhem”lə oyunu (2:1) haqda danışıb.
Allsport.az xəbər verir ki, ispan mütəxəssis komandasından razı qaldığını deyib:
“Oyunçularımla fəxr edirəm, düşünürəm ki, əla çıxış etdik. İlk dəqiqədən elə oynadıq ki, topla və ya topsuz rəqibi təsir altında saxladıq. Qələbəyə tam layiq idik. Azarkeşlərimizi sevindirdiyimiz üçün xoşbəxtəm.”