“Qərb derbisi həmişə maraqlı və gərgin keçir”

“Turan Tovuz” premyer liqanın 3-cü turunda səfərdə “Kəpəz”i 2:0 üstələyib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov bunu söyləyib:

“Qərb derbisi həmişə maraqlı və gərgin keçir. Bu gün də eyni oldu. Hava şəraiti hər iki komanda üçün ağır oldu. İlk dəqiqələrdən rəqibin təzyiqi olacağını bilirdik. Bəzi epizodlar da oldu. Futbolçularım soyuqqanlı davrandılar.

Həftə boyu çalışdığımız və hazırlaşdığımızı həyata keçirməyə çalışdılar. Çempionatın gedişi də göstərəcək ki, “Kəpəz”i Gəncədə məğlub etmək çox çətin olacaq. Onlara da uğurlar arzulayıram. Azər müəllim çox çətin bir işi üzərinə götürüb.

Yolumuza davam edirik. Hər xal bizim üçün vacibdir. Komandamı təbrik edirəm. Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Həqiqətən bu gün oyuna rəng qatdılar”.

Həmin kateqoriyadan