- Baxış sayı: 39
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Noyabrın sonunda Qleyzer ailəsi “Mançester Yunayted”i satmağa hazır olduqlarını açıqlamışdı. Allsport.az saytı xəbər verir ki, mümkün alıcılar arasında ABŞ-ın “Apple” korporasiyası, ingilis iş adamı Cim Ratkliff (“Çelsi”ni almağa cəhd edib), lakin indi yeni oyunçu peyda olub – Qətər investorları, daha doğrusu, əmir Təmim ibn Həməd Əl Tani (şəkildə solda). Bəli, bəli, 2011-ci ildə “Qatar Sports İnvestment” vasitəsilə PSJ-ni alan o idi.
Asiyalılar “Mançester Yunayted”in infrastrukturuna sərmayə qoymağa hazırdır: “Old Trəfford”u yenidən qurmağa və ya hətta yeni stadion tikməyə. Tvitteri dolduran insayderlər arasında bir şeyi izah edən maraqlı söz-söhbət var. Məsələ burasındadır ki, ərəb iş adamı “qırmızı şeytanlar”ın azarkeşidir…