- Baxış sayı: 67
- 27 Yanvar 2026 20:57
- Baxış sayı: 141
- Fevral 02, 2026
- 0

Monako qran-prisində Censon Batton ilə Paskal Verlyaynın toqquşması gündəmin ən seçilən hadisəsi olub. Allsport.az saytı xəbər verir ki, Monte-Karlo ötüşməsində almaniyalı sürücünün maşını çevrilib və yol kənarında səddə çırpılıb.
İdman hakimləri durumu öyrəndikdən sonra, 37 yaşlı dünya çempionunu günahkar biliblər. Belədə, “Maklaren”in pilotu növbəti startında üç yer itirəcək. Üstəlik, Censon Batton 2 cərimə balı alıb.
Paskal Verlyayn deyib ki, ətraf tüsü olub və o vəziyyətdən çıxa bilməyib. Digər sürücünün fikrincə, “Ferrari”dən olan həmkarına yol verərkən, sürətini aşağı salıb və bu zaman rəqib fürsətdən yaralanaraq hücuma keçib.