- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Çempionlar liqasının 3-cü turunda “Qarabağ” – “Atletiko Madrid” oyunu ərəfəsində İspaniya mətbuatı Azərbaycan klubunun tarixinə geniş diqqət ayırıb. Allsport.az saytı xəbər verir ki, bu ölkənin nüfuzlu idman nəşrlərindən olan “AS” Azərbaycan çempionunun doğma şəhəri Ağdamın işğal edildiyi və dağıdıldığı haqqında məlumat verib.
Qəzetdə dərc olunan “Qarabağ” klubu Azərbaycan-Ermənistan müharibəsi səbəbindən 24 ildir Bakıda” sərlövhəli yazıda müəllif Xesus Kolino adı çəkilən klubların qarşılaşacağı 70 min nəfərlik Bakı olimpiya stadionunun azarkeşlə dolacağını bildirib.
AzərTAc bildirib ki, həmkarımız bu böyük marağın səbəbini, həm “köhlən atlılar”ın çempionlar liqasında oynayan ilk Azərbaycan komandası olması, həm də bu komandanın ölkədə müqavimətin simvolu, müharibənin qurbanı kimi tanınması ilə izah edib.