- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
İsveçrə Lozanna şəhərində Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının AIPS 82-ci konqresi keçirilir. Allsport.az saytının məlumatına görə, toplantı çərçivəsində ilin idman təqvimində ən əlamətdar hadisələrdən biri – 2-ci Avropa oyunlarının təqdimatı olub. Tədbir iştirakçıları Belarusun müasir tarixində ən iri multiidman yarışlarının təşkilinin ümumi məsələləri ilə tanış olmaqla bərabər, oyunlarda mətbuatın işinin təşkili, akkreditə kampaniyasının xüsusiyyətləri, Belarusa vizasız gəlməyin mümkünlüyü barədə ətraflı məlumat əldə ediblər. Gənclər və idman nazirliyinin rəsmi orqanı olan “İdman”ın baş redaktoru, AİPS üzvü, Bakı-2015 1-ci Avropa oyunlarının təşkilat komitəsinin əməkdaşı Qabil Mehdiyev yığıncaq barədə təəssüratını bölüşüb:
– Avropa idmanın ürəyidir, müasir dövrün ən iri yarışları olan olimpiya oyunları məhz Avropada yaranıb. Ona görə də ikiqat xoşdur ki, qitə öz hüdudlarında multiidman yarışları keçirmək imkanı əldə edib. Dörd il bundan əvvəl 1-ci Avropa oyunları Azərbaycanda uğurla keçdi. Şübhə etmirəm ki, iyun ayında Belarusda keçiriləcək 2-ci oyunlarda bu yarışların statusu bir daha təsdiq olunacaq və növbəti təşkilatçılar üçün yüksək hədd müəyyən ediləcək.
Təşkilat komitəsinin səliqəli və ölçülüb-biçilmiş işi göz qabağındadır. Azərbaycan KİV-ləri 2-ci Avropa oyunlarına hazırlığı diqqətlə izləyirlər. KİV-lərin çoxunun nümayəndələri artıq akkreditə üçün müraciət ediblər. Deyə bilərəm ki, Avropa hüdudlarından kənarda da bu oyunlara maraq yüksəkdir. Belarus bu foruma bir yenilik gətirib. Şübhəsiz, təzə ideyalar idman jurnalistikası peşəkarlarının diqqətini cəlb edəcək. Bu gün gördüyümüz təqdimat bu fikri bir daha təsdiq edir. Minskdə bizi nələr gözləməsi barədə hərtərəfli icmal çox xoş təsir bağışladı və yarana biləcək sualların hamısını aradan qaldırdı.