- Baxış sayı: 43
- 03 Fevral 2026 23:04
- Baxış sayı: 147
- Fevral 02, 2026
- 0

Qadınlarımız paytaxtda məşqləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, olimpiya güləş mərkəzində təlim-məşq toplanışı keçən yığma, qarşıdan gələn dünya olimpiya təsnifatına son hazırlığı həyata keçirir. Komanda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi ilə taktiki-texniki məşqlərdə iştirak edir. Fiziki hazırlıq üzrə məşqlər isə bu sahə üzrə mütəxəssis olan Mark Alan Filippinin nəzarəti altında keçirilir.
Qadın güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Sofiyada keçiriləcək lisenziya yarışında 53, 57, 62, 68 və 76 kq-da çıxış edən güləşçilərimiz olimpiya oyunlarına vəsiqə qazanmağa çalışacaq. Qadın güləşçilər dünya olimpiya təsnifatdə mayın 7-8-də mübarizə aparacaqlar.