- Baxış sayı: 51
- 22 Dekabr 2024 21:44
- Baxış sayı: 176
- Dekabr 18, 2024
- 0
Qadın voleybol millisi İslam oyunlarına və Avropa çempionatının təsnifatına hazırlığın növbəti mərhələsi üçün, bu gün Mingəçevirə yola düşüb. Allsport.az saytı xəbər verir ki, toplanış “Kür” olimpiya tədris-idman mərkəzində davam etdiriləcək.
Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.
Milli AVRO-2023-ün təsnifatnda “D” qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam həmrəyliyi oyunlarında isə rəqiblər hələ məlum deyil.