“Qadına qarşı zorakılığa son!”

“Neftçi” PFK BMT-nin Azərbaycandakı nümayəndəliyi və ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi ilə əməkdaşlıq edərək 25 noyabr – 10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyası çərçivəsində noyabrın 27-də “Səbail” klubu ilə keçiriləcək oyuna zorakılıqla mübarizəni simvolizə edən narıncı rəngli formada çıxacaq.

Allsport.az xəbər verir ki, “Qadına qarşı zorakılığa son!” şüarı ilə kampaniyaya qatılan “Neftçi” keçirəcəyi oyun vasitəsilə özünün fanat və izləyici kütləsinə, xüsusən də kişilərə xitab edərək, onları gender-əsaslı zorakılıqla mübarizəyə qoşulmağa və beləliklə bu fenomenin aradan qaldırılmasına töhfə verməyə çağıracaq. Oyuna qatılacaq “Neftçi” fanatları isə qadınlara qarşı zorakılığı pisləyən və cəmiyyəti bununla mübarizəyə dəvət edən şüarlar yazılmış pankartlarla sevimli klublarının çağırışına dəstək olacaqlar.

Həmin kateqoriyadan