- Baxış sayı: 14
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 21
- Dekabr 05, 2025
- 0

Niderland millisi Avro-2024-ün 1/8 finalında Rumıniyanı 3:0 hesabı ilə məğlub edib.
Allsport.az xəbər verir ki, bu oyunda niderlandlı hücumçu Kodi Qakpo qol vurub və məhsuldar ötürmə edib. Onun üçün bu top turnirdə 3-cü olub.
Qakpo tarixdə 2 böyük turnirdə 3-dən çox qol vuran üçüncü niderlandlı olub (forvard Qətərdə keçirilən dünya çempionatında da 3 qol vurub).
Əvvəllər bunu yalnız Conni Rep (1974 dünya kuboku və 1978 dünya kuboku) və Denis Berqkamp (Avro 1992, 1994 dünya kuboku və 1998 dünya kuboku) edib.