- Baxış sayı: 34
- 06 Fevral 2026 12:51
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

Bu gün çempionlar liqasının qrup mərhələsində sonuncu tura start verilib.
Allsport.az xəbər verir ki, “A” qrupunda qardaş ölkə təmsilçisi “Qalatasaray” Danimarka səfərində olub. İstanbul klubu “Kopenhagen”lə qarşılaşıb. Oyun ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Nəticədə 6 tur sonra 5 xal toplayan “cim-bom” yoluna Avropa liqasında davam edəcək.
Qeyd edək ki, qrupda növbəti mərhələyə “Bavariya” və “Kopenhagen” adlayıb. Sonuncu yer isə gözlənilmədən “Mançester Yunayted”in olub.