“Qalatasaray”dan tarixi rekord

“Qalatasaray” qış transfer pəncərəsi bağlandıqdan sonra Türkiyə futbolu tarixində görünməmiş rekorda imza atıb.

Allsport.az xəbər verir ki, “sarı-qırmızılar” heyətinin ümumi dəyərini 336,85 milyon avroya yüksəldərək ölkə tarixinin ən bahalı komandası olub.

Klub qış fasiləsində Noa Lanq (25 mln. avro), Yaser Asprilla (12 mln. avro), Saşa Boey (15 mln. avro) və Renato Nyaqa kimi oyunçuları heyətinə qatmaqla superliqa tarixində ilk dəfə 330 milyon avro həddini keçib.

Həmin kateqoriyadan