“Qalatasaray”ın oyununa təyinat alıb

Yelena Parxomenko Avropa voleybol konfederasiyası (CEV) tərəfindən növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

Allsport.az xəbər verir ki, o, qadın voleybolçular arasında keçirilən CEV kubokunun pley-off mərhələsinin oyununda iştirak edəcək.

Parxomenko yanvarın 27-də İstanbulda təşkil olunacaq “Qalatasaray Daikin İstanbul” (Türkiyə) – “Allianz MTV Ştutqart” (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək. Oyunun baş hakimləri portuqaliyalı Nuno Maia və kiprli Andreas Daniil olacaq.

Həmin kateqoriyadan