“Qalatasaray”ın təklifi rədd edildi

“Napoli” “Qalatasaray”ın hücumçu Viktor Osimhen üçün 70 milyon avrodan çox olan son təklifini rədd edib.

Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi transferi 5 hissədə ödəməyi təklif edib, lakin neapolluların istəyi hələ də iki ödənişdə 75 milyon avrodur.

“Napoli”nin idman direktoru Covanni Manna cümə günü “Qalatasaray”ın nümayəndə heyəti ilə Milanda görüşərək razılığa gəlməyə çalışsa da, bu alınmayıb.

Osimhen ötən mövsüm “Qalatasaray”da icarə əsasında çıxış edib, O, “sarı-qırmızılar”la 41 oyuna 37 qol vurub.

Həmin kateqoriyadan