- Baxış sayı: 23
- 01 Fevral 2026 12:52
- Baxış sayı: 111
- Yanvar 30, 2026
- 0

“Mançester Siti”nin müdafiəçisi Ruben Diaşın evi qarət olunub. Allsport.az xəbər verir ki, hadisə yanvarın 28-də, çempionlar liqasının “Qalatasaray”la oyunu (2:0) zamanı baş verib.
Portuqaliyalı futbolçu stadiondan evə qayıtdıqda mənzildən külli miqdarda zinət əşyaları, elektronika və digər dəyərli əşyaların oğurlandığını aşkar edib. Hadisə zamanı evdə heç kimin olmadığı bildirilir. Faktla bağlı polis tərəfindən araşdırma aparılır.