- Baxış sayı: 21
- 26 Noyabr 2024 18:52
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
Allsport.az xəbər verir ki, “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov dünən premyer liqanın 34-cü turunda “Zirə” ilə heç-heçə etmələri (1:1) barədə fikirlərini bölüşüb.
“Hamımız üçün maraqlı, sürətli oyun oldu. Biz həm də rəqib tərəfdən əks-hücumlar izlədik. Qalib də gəlmək olardı. Məğlub olmaq da mümkün idi. Son oyunlara baxanda komanda bu gün daha istəkli idi. Daha hərəkətli idi. Topa daha çox nəzarət etməyə çalışırdı. Bu bir xal bizim üçün səfərdə çox vacib xal idi. Zirədə oynamaq bizə görə həddindən artıq çətin idi. Rəqib dördüncü yer uğrunda mübarizə aparır. Futbolçularıma mübarizəyə görə minnətdaram. İkinci hissədə rəqibin təzyiqi var idi. Bu da təbiidir. Çünki evdə oynayırdı. Final fitinə qədər nizam-intizamlı oynayaraq bir xalımızı qazandıq. Fanatlarımız üçün də hər halda zövqverici oyun oldu. Uzun məsafə qət edib gəlirlər. Onları sevindirdiksə, bu, bizi xoşbəxt edir” – deyə mütəxəssis bildirib.