- Baxış sayı: 47
- 01 Mart 2026 12:23
- Baxış sayı: 49
- Mart 02, 2026
- 0

Bu gün qadın voleybolçuların yüksək liqasında II tur çərçivəsində “Azərreyl” – “DH Volley” oyunu keçirilib. Allsport.az xəbər verir ki, AVF-nin idman zalında təşkil olunan qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. Matçda 3:2 hesabı ilə qalib gələn “DH Volley” çempionata qələbə ilə start verib.
Turun növbəti oyunları 21-23 oktyabrda keçiriləcək.
Yüksək liqa (qadınlar)
II tur
20 oktyabr
“Azərreyl” – “DH Volley” 2:3 (25:23, 20:25, 11:25, 25:23, 12:15)