- Baxış sayı: 15
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 114
- Noyabr 28, 2024
- 0
Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsində “E” qrupunda növbəti oyuna çıxıb. Allsport.az saytı xəbər verir ki, Nikola Yurçeviçin komandası Kardiff şəhər stadionunda Uelslə qarşılaşıb.
Gərgin matçda “ay-ulduzlular”ımız 1:2 uduzub. 26-cı dəqiqədə Pavel Paşayevlə qapıçı Səlahət Ağayev bir-birini anlamaması nəticəsində avtoqol qeydə alınıb.
2-ci yarıda futbolçularımız əks-hücumda hesabı bərabərləşdirib. Ramil Şeydayevdən ötürmə alan Mahir Əmrəli 59-cu dəqiqədə topu çərçivəyə göndərib.
Təəssüf ki, komandamız hesabı sonadək qoruya bilməyiblər. Qalların kapitanı Qaret Beyl 84-cü dəqiqədə qələbə qolunu vurub.