Qaltye: “O, həmişə komanda üçün var gücü ilə çıxış edib”

Allsport.az xəbər verir ki, Kristof Qaltye, Lionel Messinin PSJ-də keçirdiyi oyunla bağlı tənqidləri əsassız adlandırıb:

“Lionel haqqında çox şey deyilib, onu çox analiz etmisiz. Uyğunlaşmalı olduğu ilk mövsümündən danışmayacağam. Bu onun “Barselona”dan kənarda ilk təcrübəsi idi.

Düşünün 35 yaşda futbolçu həm də 21 qol vurub, 20 məhsuldar ötürmə verir. Bunlar həlledici amillərdir.

O, həmişə komanda üçün var gücü ilə çıxış edib. Mənim üçün onunla bir klubda olmaq və çalışmaq şərəf idi” – PSG-nin baş məşqçisi deyib.

Həmin kateqoriyadan