Qana millisinin futbolçusu Türkiyədə zəlzələdən sonra ölü tapılıb

Qanalı futbolçu Kristian Atsu, Türkiyənin Xatay vilayətində zəlzələdən sonra ölü tapılıb. Allsport.az saytı xəbər verir ki, bu barədə onun agenti Murad Uzunməhməd bilgi verib. O, zəlzələdə dünyasını dəyişib. “Xatayspor” futbolçusunun 31 yaşı var idi.

Futbolçu kataklizmdən dərhal sonra məşqçi və digər oyunçularla birlikdə yoxa çıxıb. Xilasedicilər dağıntılar altından bir neçə futbolçu tapıblar, onların arasında Atsunun da olduğu məlum olub.

Yarımmüdafiəçi ötən ilin sentyabrında Türkiyə komandasa keçib. Öncələr “Çelsi”, “Everton”, “Nyukasl”, “Bornmut”, “Porto” və digər klublarda çıxış edib.

Fevralın 6-da Türkiyədə 7,8 bal gücündə zəlzələ olub ki, bu da 1939-cu ildən bəri ölkədə baş verən ən güclü fəlakətdir. Bir neçə saat sonra ölkənin mərkəzi hissəsində 7,7 bal gücündə daha bir zəlzələ qeydə alınıb. Faciə nəticəsində qardaş ölkədə 40 mindən çox insan həyatını itirib.

Həmin kateqoriyadan