- Baxış sayı: 27
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Biz hesabı bərabərləşdirməklə stadionu oyatdıq. İsveçrə ilə oynamaq narahat idi, onlar çox aqressiv oynayırdılar. Biz uzun müddət yaxşı müdafiə olunduq və qapımıza vurulan qoldan sonra çoxlu risk etdik. Heç-heçə layiqli nəticədir”.
Allsport.az xəbər verir ki, bu sözləri Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda İsveçrə ilə oyundan (1:1) sonra deyib.
O, komandanın futbolçusu Füllkruqun son dəqiqələrdə vurduğu qolla bağlı söyləyib: “Füllkruq yenə yaxşı qol vurdu. O, bizim üçün önəmlidir. Sevinirik ki, ehtiyat oyunçular skamyasından meydana buraxa biləcəyimiz elə bir futbolçumuz var. Əvəzedicilərdə həlledici qollar vura bilən oyunçuların olması vacibdir. Başlanğıc heyəti seçmək üçün rəqibi təhlil edirik və sonra ehtiyat oyunçular skamyasından müxtəlif oyunçular matça cəlb edə bilərik”.