Qara Qarayev: «Lokomotiv»in təklifi ciddidir

«Yayda «Qarabağ»la müqaviləm başa çatır. İndidən təkliflər var. Çox istərəm ki, özümü ölkə xaricində sınayım». Allsport.az saytı xəbər verir ki, bunu Ağdam klubunun müdafiəçisi Qara Qarayev dedi. Müdafiəçinin sözünə görə, ona ən ciddi təklif Rusiyadan gəlib:

««Lokomotiv» məni öz sıralarında görmək istəyir. Baş məşqçi Yuri Syominin bu niyyətdə olması, məsələni ciddiləşdirir. Özüm də bunda maraqlıyam. Şans düşübsə, bundan yararlanmalıyam. Amma ilk sözü təbii ki, «Qarabağ» klubu deyəcək».

Həmin kateqoriyadan